Elektron siqaret məktəblinin ağzında partladı

İlkin məlumata görə, oğlan uşağı siqaret çəkərkən elektron siqaret partlayıb, onun heç bir dişi qalmayıb və  üz nahiyəsinə zərər dəyib
Sputnik

BAKI, 27 yanvar — Sputnik. Rusiyanın Saratov vilayətində 16 yaşlı məktəblinin ağzında elektron siqaret partlayıb.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istindən xəbər verir ki, partlayış nəticəsində məktəbli bütün dişlərini itirib.

"İlkin məlumata görə, oğlan uşağı siqaret çəkərkən elektron siqaret partlayıb, onun heç bir dişi qalmayıb və üz nahiyəsinə zərər dəyib. Uşağı öz atası Aktar şəhər xəstəxanasına çatdırıb, bundan sonra o, Saratov xəstəxanasına yönləndirilib", - deyə mənbə agentliyə bildirib.