Zəlzələ dalğası Ankaraya çatdı: Türkiyə paytaxtında dalbadal titrəyişlər

İlk yeraltı təkan Bakı vaxtı ilə saat 14:51-də qeydə alınıb. Yerin 5 kilometr dərinliyində baş verən zəlzələnin gücü 3,9 bala çatıb
Sputnik

BAKI, 27 yanvar — Sputnik. Türkiyənin paytaxtı Ankarada dalbadal zəlzələlər qeydə alınıb.

Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqdadır

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir ki, ilk yeraltı təkan Bakı vaxtı ilə saat 14:51-də (yerli vaxtla saat 13:51) qeydə alınıb. Yerin 5 kilometr dərinliyində baş verən zəlzələnin gücü 3,9 bala çatıb.

Üstündən 9 dəqiqə sonra – saat 15:00 (yerli vaxtla saat 14:00) baş verən ikinci zəlzələ 3,3 bal gücündə olub.

Birinci təkan paytaxtda aydın hiss edilib və insanlar arasında vahiməyə səbəb olub.