HADİSƏ

Tovuzda qardaş qardaşı qanına buladı – Səbəb bəlli deyil

Əl, baş və sinə nahiyəsindən bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1962-ci il təvəllüdlü Əbülfət İslam oğlu Salmanov mübahisə zəminində qardaşı, Rövşən Salmanov tərəfindən bıçaqlanıb.

Əl, baş və sinə nahiyəsindən bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.