CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda qadın dəm qazından boğulub öldü

Şəhər sakini 1972-ci il təvəllüdlü Musayeva İradə Mirəli qızı dəm qazından boğularaq ölüb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Sumqayıtda dəm qazından boğulma hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə şəhərin 20-ci məhəlləsində həyət evlərindən birində qeydə alınıb.

Şəhər sakini 1972-ci il təvəllüdlü Musayeva İradə Mirəli qızı dəm qazından boğularaq ölüb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.