BAKI, 26 yanvar — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Dmitri Medvedevin başçılıq etdiyi hökumətin istefa səbəblərini açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Peskov “Rossiya 24” telekanalının efirindəki “Moskva. Kreml. Putin” proqramında qərarın Prezidentin Federaı Məclisə ünvanlandığı çıxışında səsləndirdiyi yeni tapşırıqlar və qiymətləndirmələr fonunda qəbul edildiyini vurğulayıb. Peskovun sözlərinə görə, Medvedev hökuməti son dərəcə vacib tapşırıq olan milli inkişaf məqsədlərinə çatmaq üçün prezidentə “kartblanş” vermək məqsədilə istefaya gedib: “Bu məqsədə çatmaq üçün maksimal effektivliyə malik, işdə maksimal dinamikası və və çevikliyi olan hökumət lazımdır”.
Vladimir Putin yanvarın 16-da Mixail Mişustini Baş Nazir postuna təyin edib. Buna qədər onun namizədliyini Dövlət Dumasının deputatları dəstəkləyiblər. Tarixdə ilk dəfə hökumətin əleyhinə heç bir deputat səs verməyib. Dmitri Medvedev hökuməti isə Prezidentin Rusiya Konstitusiyasına dəyişikliklər ediləcəyi ilə bağlı açılamasından sonra istefaya gedib.