CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kirayə mənzil almaq istəyənlərin nəzərinə: Fond məlumat yaydı

Texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara Fond tərəfindən əlavə məlumat veriləcək.
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində "Elektron hökumət" portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.

Ekspert kirayə mənzillərdən danışdı: qiymətlər yüksəkdir

İpoteka və Kredit Zəmanət Fondundan Sputnik Azərbaycan-a verilən məlumata görə, nəticədə "Elektron ipoteka və kredit zəmanət sistemi" (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb.

Hazırda Fond aidiyyətı təşkilatlarla birlikdə Elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Qeyd olunan texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara Fond tərəfindən əlavə məlumat veriləcək.