CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstanda heroin satan Azərbaycan vətəndaşları tutuldu - 20 il həbs gözləyir

. Saxlanılan şəxslərin üzərində bir neçə paket heroin, morfi, metadon, kodein və Alğfa-PVP (α-PVP) aşkarlanıb. Saxlanılan şəxslər 16 ildən 20 ilə qədər həbs cəzası gözləyir.
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Tbilisidə böyük həcmdə narkotik maddə əldə etmək və saxlamaqda ittiham edilən iki Azərbaycan vətəndaşı saxlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

35 yaşlı X.N.  və 38 yaşlı N.Q. Kvemo-Kartli  Polis Departamenti və Qardabani rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Saxlanılan şəxslərin üzərində bir neçə paket heroin, morfi, metadon, kodein və Alğfa-PVP (α-PVP) aşkarlanıb.

Saxlanılan şəxslər 16 ildən 20 ilə qədər həbs cəzası gözləyir.