Üç min yaşı olan mumiyanı danışdırdılar - VİDEO

Xatırladaq ki, Nesyamun Böyük Britaniya ərazisində Lids muzeyində yaxşı saxlanılmış və məşhur olan mumiyalardandır.
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Alimlər 3000 yaşlı mumiyanın səsini müəyyən edə bilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniya alimləri 3 min il əvvəl Misirdə ölən kahin Nesyamunun səsini müəyyən edə bilib.

Mumiyanın səs telləri və qırtlağı yaxşı qalıb. Kompüter tomoqrafiyası vasitsilə mühəndislər kahinin nitq orqanlarının üçölçülü bir modelini düzəldərək, onu 3D printerdə çap ediblər.

Daha sonra onu süni qırtlağa və dinamiklərə birləşdirib ortaya çıxan a və e arasında olan səsləri qeyd ediblər. Videoda bu səs 30-cu saniyədə eşidilir.

Xatırladaq ki, Nesyamun Böyük Britaniya ərazisində Lids muzeyində yaxşı saxlanılmış və məşhur olan mumiyalardandır.

Xatırladaq ki, kahinin sarkofaqı və qalıqlrı Misirdə Amon tanrısının məbədində aşkarlanıb. Kahin XI Ramzesin dövründə yaşayıb və təxminən 50 yaşında ölüb. Onun sarkofaqlarında tanrılardan ona nitqini qaytarmaq istəyi yazılıb.