Məşhur brend virusla əlaqədar olaraq bütün marketlərini bağladı

Qeyd edək ki, "Starbucks" daha çox kofe satışı və təqdimatı ilə məşğul olan qida brendlərindən biridir.
Sputnik

BAKI, 25 yanvar — Sputnik. "Starbucks" Çində yayılan virusla əlaqədar olaraq əhalisinin sayı 60 milyondan çox olan Hubey əyalətində bütün mağazalarını bağlayıb. Sputnik Azərbaycan-ın Reuters-ə istinadən xəbərinə görə, "Starbucks" Çinin Hubey əyalətində yayılan virusla əlaqədar olaraq mağazalarını bağlayaraq çatdırılma xidmətlərini də dayandırıb.

"Starbucks" hazırda müştəriləri və işçiləri üçün heç bir təhlükənin olmadığını da bildirib.

Reuters-in məlumatına görə, artıq Çində bu xəstəlikdən ölənlərin sayı 41 olub.

Qeyd edək ki, "Starbucks" daha çox kofe satışı və təqdimatı ilə məşğul olan qida brendlərindən biridir.