ABŞ Dövlət katibi jurnalisti söyüb

Müsahibədən sonra Pompeo aparıcını öz yanına dəvət edib. Kellinin sözlərinə görə, dövlət katibi ondan "amerikalıları Ukrayna narahat edirmi" mövzusunda fikrini soruşub.
Sputnik

BAKI, 25 yanvar — Sputnik. ABŞ dövlət katibi Mayk Pompeo, aparıcı Meri Luiza Kellini Ukrayna ilə bağlı sual verdikdən sonra söyüb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Kelli bildirib ki, Pompeo aparıcı Ukrayna ilə bağlı sual verdikdən sual xoşuna gəlmədiyi üçün onu söyüb. Müsahibə zamanı dövlət katibi bildiirb ki, o İrandakı vəziyyəti müzakirə etməyə hazırdır. Amma Amerikanın Ukraynaya olan münasibətı siyasətini müzakirə etmək fikrində deyil.

Müsahibədən sonra Pompeo aparıcını öz yanına dəvət edib. Kellinin sözlərinə görə, dövlət katibi ondan "amerikalıları Ukrayna narahat edirmi" mövzusunda fikrini soruşub.

"O söyüş söydü. O soruşdu ki, mən Ukraynanı xəritədə tapa bilərəm? Mən "hə" dedim. Sonra o xəritə gətirilməsini xahiş etdi. Mən Ukraynanaı göstərdim. Sonra xəritəni götürdü" - deyə teleaparıcı bildirib.

Məlumata görə, ABŞ dövlət departamenti bu məsələyə şərh verməkdən imtina edib.