SƏHİYYƏ

ÜST dünyaya xəbərdarlıq etdi: Yeni virus digər ölkələrə yayıla bilər

Virusun insandan insana ötürülməsi qeydə alınıb və reproduktivlik dərəcəsi 1,4-2,5 kimi təqdim olunub. Çoxalma hadisəsi yalnız bir səhiyyə müəssisəsində müşahidə olunub
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsi yeni koronavirus ("2019-nCov") alovlanması ilə bağlı bəyanat yayıb.

Çindən gələn virus Gömrük Komitəsini hərəkətə keçirdi

ÜST-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, təşkilatın baş direktoru Çin Xalq Respublikasında meydana çıxan, Koreya Respublikası, Yaponiya, Tailand və Sinqapura yayılan yeni koronavirus alovlanması ilə bağlı Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsini çağırıb.

23 yanvar tarixində, Çin Xalq Respublikası, Yaponiya, Tailand və Koreya Respublikasının səhiyyə nazirliklərinin nümayəndələri komitəyə ölkələrindəki son vəziyyətlə bağlı məlumat veriblər. Çində müraciət hallarının sayının artdığı bildirilib və onlardan 557 nəfərdə yoluxma halı qeydə alınıb. 

Çin hökumətinin təqdim etdiyi yeni epidemioloji məlumat, yoluxma və şübhəli halların, yoluxmuş əyalətlərin sayının artdığını və hazırda qeydə alınmış hadisələrdən 4%-nin (557-dən 17-si) ölümlə nəticələndiyini aşkarlayıb.

Virusun insandan insana ötürülməsi qeydə alınıb və reproduktivlik dərəcəsi 1,4-2,5 kimi təqdim olunub. Çoxalma hadisəsi yalnız bir səhiyyə müəssisəsində müşahidə olunub. Qeydə alınmış halların 25%-nin ağır dərəcədə olduğu bildirilir. Xəstəliyin mənbəyi hələ də məlum deyil (daha çox, heyvan mənşəli olması ehtimal edilir) və insandan insana ötürülməsinin nisbəti hələ ki, müəyyənləşməyib.

Komitənin 23 yanvar tarixindəki iclasının qərarına əsasən, xəstəliyin əhatə dairəsi məhdud olduğundan və bəzi simptomları müəyyənləşdirilmədiyindən onun ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən, fövqəladə vəziyyət elan edilməsi üçün hələ ki, erkəndir.

Dəhşətli virus daha bir ölkəyə daxil oldu

Komitə üzvlərinin əksəriyyəti, virusdan yoluxma hallarının məhdud sayda və onun ikili təbiətə malik olmasını nəzərə alaraq, İctimai Səhiyyə sahəsində Beynəlxalq Əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin elan edilməsinin hələ erkən olduğunu bildirdilər.

Baş direktor zəruri hesab edərsə, Komitə təxminən 10 gün ərzində və ya daha tez yenidən toplaşmağa hazırdır. Xəstəliyin digər ölkələrə yayıla biləcəyi ehtimal olunur. Bu səbəbdən, bütün ölkələr aktiv nəzarət, erkən diaqnostika, təcrid olunma, xəstəlik hallarının idarə edilməsi, ötürülməsinin izlənməsi və "2019-nCoV" infeksiyasının yayılmasının qarşısının alınması daxil olmaqla, cavab tədbirləri görməyə hazır olmalı və bütün məlumatları ÜST-lə bölüşməlidir.