Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 24 yanvar — Sputnik. "1 206 uşaq bağçasında yoxlamalarımız bitib, təxminən 300-ə yaxın uşaq bağçasında isə yoxlamalarımız davam edir. Monitorinqlər yekunlaşdıqdan sonra biz istər həyata keçirilən tədbirlər, istərsə də, bundan sonra uşaq bağçalarında qidalanmanın tənzimlənməsi, qida rasionunun tətbiqi ilə əlaqədar ictimaiyyətə açıqlama verəcəyik".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli deyib. O, yod çatışmazlığı ilə bağlı olaraq isə bunları deyib: "Ölkənin yod xəritəsi çıxarılmalıdır və müəyyənləşdirilməlidir ki, yod çatışmazlığı nələrdə var. Azərbaycanda endemik zonalara görə qida rasionlarının tətbiqi məsələsi gündəmə gələ bilər".
"Çünki Azərbaycanda elə zonalar var ki, orada yod çatışmazlığı var. Yod çatışmazlığının olması isə böyüməkdə olan nəslin qida rasionunda dəyişiklik edilməlidir", - deyə o əlavə edib.