Məşhur kosmetika şirkətinin qurucusu siyasi partiya yaradır

Oktyabr ayında yazıçı Zaxar Prilepin "Həqiqət uğrunda" hərəkatını yaratmaq qərarına gəlib; yanvarda isə "World of Tanks"ın məhsul üzrə direktoru Vyaçeslav Makarov "Birbaşa Demokratiya Partiyası"nın yaradıldığını elan edib.
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Məşhur "Faberlic" kosmetika şirkətinin həmtəsisçisi və keçmiş sahibi Aleksandr Davankov sağçı siyasi partiya yaratmaq niyyətində olduğunu bildirib.

Gürcüstanda kosmetikada zəhərli maddə aşkar edildi

Sputnik Azərbaycan xəbər verir ki, Davankov Rusiya mediasına açıqlamasında bildirib ki, qeydiyyat üçün sənədlər dekabr ayında verilib və partiyanın qurultayı martın 1-nə təyin edilib.

Yeni hərəkata Davankovun keçmiş ortağı, "Faberlic"in sahibi Aleksey Neçayev rəhbərlik edəcək.

Sahibkarlar sentyabrın 13-də keçiriləcək vahid səsvermədə 20-dən çox bölgədə müxtəlif səviyyəli seçkilərdə, eləcə də Dövlət Dumasına keçiriləcək seçkidə iştirak etmək niyyətindədirlər.

Kremlə yaxın mənbə deyib ki, prezident administrasiyası partiyanın yaradılmasından xəbərdardır. Bu layihə 2019-cu ildən bəri müzakirə olunur, yeni hərəkat şəhərin təhsilli orta sinfi və 18-30 yaş arası auditoriya üçün nəzərdə tutulub.

Bu, son zamanlar məşhur insanların yaratdığı üçüncü siyasi hərəkatdır. Oktyabr ayında yazıçı Zaxar Prilepin "Həqiqət uğrunda" hərəkatını yaratmaq qərarına gəlib; yanvarda isə "World of Tanks"ın istehsal üzrə direktoru Vyaçeslav Makarov "Birbaşa Demokratiya Partiyası"nın yaradıldığını elan edib.