MƏDƏNİYYƏT

Bukmekerlər "Eurovision 2020"nin ilk proqnozunu verdilər

Bukmekerlərin səs çoxluğu ilə hazırda İtaliya cədvələ başçılıq edir. 2-ci yerdə Rusiya, 3-cü yerdə isə İsveç qərarlaşıb
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Bu il Niderlandın Rotterdam şəhərində keçiriləcək "Eurovision 2020" mahnı müsabiqəsində iştirak edəcək bir çox ölkələrin nümayəndələri hələ ki, bəlli olmasa da, bukmekerlər artıq ilk proqnozlarını veriblər.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı ilk iddialar müsabiqənin rəsmi saytında yayımlanıb. Bukmekerlərin səs çoxluğu ilə hazırda İtaliya cədvələ başçılıq edir. 2-ci yerdə Rusiya, 3-cü yerdə isə İsveç qərarlaşıb.

Qeyd edək ki, "Ahoy Arena"da keçiriləcək yarışın yarımfinalları mayın 12-də və 14-də, final isə mayın 16-da reallaşacaq.

Xatıraladaq ki, "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna yeni başlanılıb. "Eurovision - 2020" üçün mahnı seçimində iştirak etmək istəyənlər 7 fevrala qədər öz mahnılarını eurovision2020@itv.az elektron ünvanına və ya (050) 235 85 65 whatsapp nömrəsinə göndərə bilərlər.