Dünyanın ən kiçik dəmir pulu buraxılıb

Sikkənin bütün detallarını, xüsusilə fizikin bayıra çıxardığı dilini ancaq böyüdücü şüşə ilə görmək mümkündür.
Sputnik

BAKI, 24 yanvar — Sputnik. İsveçrə ən kiçik qızıl sikkə partiyasını buraxıb.

Sputnik Azərbaycan xəbər verir ki, pulun üzərində məhşur fizik Albert Eynşteynin görüntüsü yer alıb.

Məlumata görə, 999 sikkə buraxılıb. Hər bir sikkənin diametri 2,96 mm, çəkisi 0,063 qram, dəyəri isə 0,25 İsveçrə frankı (45 qəpik) təşkil edir. Bununla yanaşı sikkələr satışa 199 franka buraxılacaq.

Maraqlısı budur ki, sikkə dəstinə böyüdücü şüşə də daxil edilib. Çünki sikkənin bütün detallarını, xüsusilə fizikin bayıra çıxardığı dilini ancaq böyüdücü şüşə ilə görmək mümkündür.

Xatırladaq ki, Albert Eynşteyn uzun illər İsveçrədə yaşayıb. Sürixdə Ali texniki peşə məktəbini bitirib və 1901-ci ildə bu ölkənin vətəndaşlığını alıb.