Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində ölkə başçısının Davos Forumunda iştirakı müzakirə edilib. Konfransda “Atlas” Analitik Mərkəzinin rəhbəri Elxan Şahinoğlu və Gənc Demokratlar İnstitutu İctimai Birliyinin rəhbəri Yeganə Hacıyeva qatılıblar.
Mütəxəssislər bu səfərin həm ölkə, həm də region üçün önəmindən danışıb. Qeyd edək ki, yanvarın 21-də başlayan Forum öz işini bu gün başa çatdıracaq.