CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baqajını açan sürücüləri yol polisi tapacaq - FOTO

"Bir daha sürücülərimizi yol hərəkəti qaydalarına, o cümlədən də dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırırıq"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Sosial şəbəkə istifadəçiləri tərəfindən Bakı şəhəri, 28 May küçəsi, 23 saylı məktəbin qarşısında bir neçə nəqliyyat vasitəsinin dayanma-durma qaydalarını pozaraq cərimədən yayınmaq məqsədilə baqaj hissəsinin qapağını açıq qoyduğunu əks etdirən şəkillər yayılıb.

BNA ağır avtobus qəzası ilə bağlı açıqlama yaydı

Sputnik Azərbaycan müzakirələrə səbəb olan şəkillərlə bağlı Bakı Nəqliyyat Agentliyinin mövqeyini öyrənib. BNA-nın mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dayanma-durma qaydalarını pozaraq cərimədən yayınmaq məqsədilə avtomobilin dövlət qeydiyyat nişanının gizlədilməsi qanunaziddir: "Dəfələrlə sürücülər tərəfindən buna cəhdlər olub və dərhal müvafiq tədbirlər görülüb. Əsasən qanunsuz parklanmaya nəzarət kameralarının olduğu ərazilərdə bu cür hallara rast gəlinir. Bu cür qanunazidd əməllər aşkarlandıqda dərhal DYP-yə məlumat verilir və həmin avtomobilin sürücüsü müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun tədbir görülür. Sürücülər bilməlidirlər ki, onların bu hərəkətinə görə cərimə sanksiyası daha ağırdır. Bir daha sürücülərimizi yol hərəkəti qaydalarına, o cümlədən də dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırırıq".

Baqajını açan sürücüləri yol polisi tapacaq - FOTO