RUSİYA

Bakı səhnəsində 16+ tamaşa göstəriləcək

Müasir Antrepriza Teatrının aktyorları kişi və qadın münasibətlərindən bəhs edən məşhur komediya filmini "Azdrama" səhnəsində nümayiş etdirəcəklər.
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Rusiyanın Əməkdar artistləri Lyudmila Artyomova və Nikolay Dobrınin aprelin 18-də 16+ yaş məhdudiyyəti qoyulmuş "Yaxın adamlar" tamaşasını Bakı tamaşaçılarına təqdim edəcəklər. Bu barədə Sputnik Azərbaycan-a təşkilatçılar məlumat verib.

Tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq.

Tamaşanın rejissoru Aleksey Kiryuşenkodur. Janr etibarilə komediya olan tamaşada hadisələr baş qəhrəmanların görüşdüyü Snakt-Peterburqun mehmanxana nömrəsində cərəyan edir. Tamaşa həyat, məhəbbət, qadın və kişi münasibətləri, xəyanət, xoşbəxtlik axtarışı və arzularla vidalaşmadan bəhs edir. Lyudmila Artyomova və Nikolay Dobrıninlə yanaşı, tamaşada gənc və perspektivli aktrisa Asya Borisova da oynayır.

Bu teatr ilk dəfə 2016-cı ildə Rusiyada Müasir Antrepriza Teatrında tamaşaya qoyulub. O vaxtdan indiyədək tamaşa bir sıra ölkələrdə uğurla nümayiş etdirilib.