Almaniya qana boyandı - Atışmada 6 nəfəri öldürdülər

Polis əməkdaşı yaralananların sayə barədə məlumat verə bilməyərək, rəqəmin dəqiqləşdirildiyini qeyd edib
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Almaniyanın Rot-am-Ze şəhərində atışma baş verib. Sputnik Azərbaycan Almaniyanın "Blick" nəşrinə istinadən məlumatına görə, atışma zamanı 6 nəfər ölüb.

Ölənlərin sayı barədə məlumatı RİA Novosti-yə qonşu Aalen şəhərinin polis idarəsinin mətbuat xidmətindən də təsdiq ediblər. Amma polis əməkdaşı yaralananların sayə barədə məluma verə bilməyərək, rəqəmin dəqiqləşdirildiyini qeyd edib.

Polis idarəsindən onu da bildiriblər ki, hadisə terror aktı deyil və məişət zəminində baş verib. Cinayəti törədən şəxs saxlanılıb.