Ölümlə nəticələnən pnevmoniyaya (sətəlcəm) səbəb olan yeni koronavirusun yayılması Çinin Uhan (Wuhan) şəhərindən başlayıb. Virus sürətlə Çinin digər əyalətlərinə yayılıb.
Çində ilk yeni virus növü ilə yoluxma halları dekabrın sonunda qeydə alınıb. Virus Uhan şəhərindən yayılmağa başlayıb və xəstələrin hamısının dəniz məhsulları bazarında çalışdığı bildirilir. Hal-hazırda virusa yoluxanların sayı 600 nəfərə çatıb və onlardan 95-i ağır vəziyyətdədir. Virus artıq Hubey əyalətinin 17 sakininin həyatına son qoyub.
Çin hökuməti ölümcül koronavirusun yayılmasının qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görür. Uhan şəhəri giriş-çıxışa qapadılıb, ölkədə sanitar nəzarət məntəqələri fəaliyyətə başlayıb, eyni zamanda əhalinin çox toplaşdığı yerlərə xüsusi cihazlar quraşdırılıb.
Yeni koronavirus artıq Çin sərhədlərini və okeanı aşaraq ABŞ-a çatıb. Xəstələnmə halları Cənubi Koreya, Tailand və Yaponiyada da qeydə alınıb.
Sputnik Azərbaycan koronavirusun yayılma arealından çəkilən kadrları təqdim edir.