RUSİYA

İsrail Putinə təşəkkür etdi – Faşizm üzərində qələbəyə görə

Auşvitz həbs düşərgəsi nasist Almaniyası tərəfindən işğal altında olan Polşanın Osvensim şəhəri yaxınlığında 1940-cı ildə təşkil olunmuş konsentrasiya və ölüm düşərgələri kompleksi olub.
Sputnik

BAKI, 23 yanvar — Sputnik. İsrailin Xarici İşlər Naziri İsrael Katz Rusiya Prezidenti Vladimir Putinə Qırmızı Ordunun Auşvitzi azad etdiyinə və nasistlər üzərində qələbəyə kömək göstərdiyinə görə şəxsən təşəkkürünü bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, Katz İsraildə səfərdə olan Rusiya prezidentini təyyarənin pilləkəni önündə qarşılayıb. Görüşün videogörüntüləri "Rossiya 24" telekanalının efirində göstərilib. 

"Qırmızı Ordunun Auşvitz həbs düşərgəsini azad etməsinə və nasist Almaniyasını məğlub etməyə kömək göstərməsinə görə təşəkkürümü bildirmək istərdim. Sizə şəxsən təşəkkür etmək istəyirəm, çünki anam həbs düşərgəsində olanlar arasında idi və onu Qırmızı Ordu azad edib", - Katz deyib.

​Auşvitz həbs düşərgəsi nasist Almaniyası tərəfindən işğal altında olan Polşanın Osvensim şəhəri yaxınlığında 1940-cı ildə təşkil olunmuş konsentrasiya və ölüm düşərgələri kompleksi olub.

Düşərgə 1945-ci il yanvarın 27-də sovet qoşunları tərəfindən azad edilib. Auşvitz düşərgəsinin azad edildiyi gün BMT tərəfindən Holokost Qurbanlarını Beynəlxalq Anma Günü kimi təyin olunub.