CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın beş dəbli kişisindən biri azərbaycanlı oldu

Rusiyanın məşhur portalı müxtəlif ölkələrdən olan ən dəbli ifaçıların beşliyini təqdim edib, onlar arasında Cahid Hüseynli də var
Sputnik

BAKI, 23 yanvar — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı ifaçı Coni (Cahid Hüseynli) şou-biznesin ən dəbli kişiləri sırasında yer alıb.

Sputnik Azərbaycan bildirir ki, Rusiyanın məşhur xəbər portalı "Popcake" hər il müxtəlif ölkələrdən olan ən dəbli məşhur kişilərin reytinqini açıqlayır.

Beşliyə Coni ilə yanaşı, amerikalı Trevis Skott və Post Malon, Cənubi Koreyadan Tehön və rusiyalı bloger və musiqiçi Morgenştern daxildirlər. Onların hər biri təkcə dəb tendensiyalarında bilikləri ilə deyil, həmçinin ekstravaqant dizayner paltarları geyinməsi ilə də seçilir.

"Cazibədar Coninin görünüşü müasir şəhər stilinin nümunəsidir. Müğənni keyfiyyətli kejuel geyimlə bahalı zinət əşyalarını gözəl uyğunlaşdırdığından həmişə yaraşıqlı görünür, eyni zamanda da çox rəsmi görkəm almır", - saytda yazılıb.

Coni dörd yaşı olanda valideynləri ilə birlikdə Azərbaycandan Moskvaya gedib. O, uşaqlıqdan populyar olmağı arzulayıb və nəhayət, bu arzusunu reallaşdıra bilib. Coninin sözlərinə görə, onun məşhurluğunda sosial şəbəkələrin böyük rolu olub. O, Bakıda ilk dəfə "Jara-2019" Beynəlxalq Musiqi Festivalında çıxış edib. Coni digər azərbaycanlı müğənni Elman Zeynalovun yaratdığı "Raava Music" leyblına daxildir.