Bundan bir az öncə Donald Trampın təşəbbüsü ilə tamamilə yeni tipli Amerika qoşunları – kosmos qüvvələri yaradılıb. Və bu istiqamətin inkişaf etdirilməsi üçün 2020-ci ildə Amerikanın hərbi rəsmiləri ABŞ-ın hərbi büdcəsini 40 milyon dollara çatdırıblar. Hal-hazırda yeni qüvvələrin ştatına yalnız 200 qulluqçu aiddir və bu yaxınlarda ilk komandan da təyin edilib. Amma Pentaqon artıq yaxın gələcəkdə kosmik qüvvələrin hava, dəniz və quru qoşunları ilə eyni səviyyədə olacağını bildirir.