BAKI, 23 yanvar — Sputnik. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İsraildə blokada qəhrəmanlarının xatirəsinə həsr olunan abidənin açılış mərasimində göz yaşlarını saxlaya bilməyib. Sputnik Azərbaycan xəbər verir ki, Lavrovun ağlamasını əks etdirən video görüntüləri öz "Telegram" kanalında "Komsomolskaya Pravda" nəşrinin müxbiri Dmitri Smirnov paylaşıb.
Video görüntülərdə nazirin öz göz yaşlarını silməsi və eynəyini düzəltməsi əks olunub.
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Prezident Vladimir Putinlə birgə Qüdsdə səfərdədir. Rusiya liderinin səfəri Auşvitz düşərgəsinin Qırmızı Ordu tərəfindən azad olunmasının 75 illiyinə və Holokost Anma Gününə təsadüf edir.