CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qızılca ilə bağlı son durum necədir?

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında ölkədəki son durumdan danışıb
Sputnik

BAKI, 23 yanvar — Sputnik. Qazaxıstanda 21 nəfər qızılcadan dünyasını dəyişib. Qazaxıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il ölkədə qızılcadan dünyasını dəyişənlərin 19-u uşaq olub.

Qızılca ilə bağlı Azərbaycanda son vəziyyət necədir, Sputnik Azərbaycan bunu öyrənməyə çalışıb.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında ölkədəki son durumdan danışıb: “Hazırda Azərbaycanda qızılcaya yoluxma halı yoxdur. Ümumiyyətlə, ötən ilin iyulundan etibarən ölkədə qızılcaya yoluxma halı qeydə alınmayıb. Bunun da səbəbi aparılan peyvənd işləri ilə bağlıdır, nəticədə qızılcaya yoluxma halının qarşısı tamamilə alındı. Hazırda ölkədə bununla bağlı heç bir təhlükə yoxdur”.