RUSİYA

Putin Çaykanı Qafqaza göndərdi

Yanvarın 20-si Rusiya Prezidenti Vladimir Putin ölkənin Baş prokuroru Yuri Çaykanın yerinə İstintaq Komitəsinin müavini İqor Krasanovun namizədliyini irəli sürüb
Sputnik

BAKI, 22 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Yuri Çaykanı ölkə başçısının Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edib. Bu barədə Sputnik Azərbaycan Kremlin rəsmi saytına istinadən xəbər verir.

Xatırladaq ki, yanvarın 20-si Rusiya Prezidenti Vladimir Putin ölkənin Baş prokuroru Yuri Çaykanın yerinə İstintaq Komitəsinin müavini İqor Krasanovun namizədliyini irəli sürüb.

Qeyd edək ki, Çayka 2006-cı ildən bəri Rusiyanın Baş prokuroru olub.

Xatırladaq ki, yanvarın 16-sı Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş Nazir vəzifəsinə təsdiqlənməsi barədə Sərəncam imzalayıb.

Elə həmin gün Rusiya Dövlət Duması ölkə prezidentinə Mixail Mişustinin Rusiya Baş Naziri təyin olunmasına razılıq verib. Mişustinin namizədliyinin lehinə 383 deputat (85,1%) səs verib, onun əleyhinə isə heç bir deputat səs verməyib. 41 deputat isə səsvermədə bitərəf qalıb. Ümumilikdə Dövlət Dumasında keçirilən səsvermədə 424 (94,2%) deputat iştirak edib.