CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan daha iki ölkə ilə əlaqələri dərinləşdirmək niyyətindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda SUEZ Group”un yeni baş icraçı direktoru, eləcə də Polşa və Monqolustan liderləri ilə görüşüb
Sputnik

BAKI, 22 yanvar — Sputnik. Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra görüşlər keçirib.

Sputnik Azərbaycan bildirir ki, dövlət başçısı “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla görüşüb. Görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Bertran Kamus rəhbərlik etdiyi şirkətin hazırda Azərbaycanda həyata keçirdiyi layihələr, bu layihələrin gedişi, həmçinin perspektiv proqramlar barədə məlumat verib. Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışan baş icraçı direktor "SUEZ Group"un kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində gələcək fəaliyyət proqramlarını Prezident İlham Əliyevə təqdim edib.

Azərbaycan daha iki ölkə ilə əlaqələri dərinləşdirmək niyyətindədir

Görüşdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirib ki, “SUEZ” şirkətinin Azərbaycanın aidiyyəti qurumları ilə fəaliyyəti barədə məlumatlıdır və əldə edilən nəticələr də qənaətbəxşdir.

Kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, habelə meliorasiya sahəsində qabaqcıl texnologiyaların tətbiqi istiqamətində “SUEZ” ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Duda ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub, neft-qaz sektorunda əməkdaşlıq imkanlarının araşdırılması, həmçinin regionda və dünyada mövcud geosiyasi vəziyyət haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycan daha iki ölkə ilə əlaqələri dərinləşdirmək niyyətindədir

Söhbət zamanı bu ilin iyun ayında Tallində keçiriləcək Üç Dəniz Təşəbbüsündə Azərbaycanın da iştirak etməsinin əhəmiyyəti vurğulanıb, Vışeqrad Qrupu və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Dövlət başçımızən Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə də görüşü olub. Görüşdə Azərbaycanla Monqolustan arasında əlaqələrin daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatı sahəsində, xüsusilə heyvandarlıq sektorunda geniş əməkdaşlıq imkanlarının olduğu bildirilib, mis və qızıl mədənləri sənayesi sektorunda investisiya imkanları müzakirə edilib.

Azərbaycan daha iki ölkə ilə əlaqələri dərinləşdirmək niyyətindədir

Söhbət zamanı hazırda monqolustanlı tələbələrin Azərbaycanın universitetlərində təhsil aldıqları da qeyd olunub.