Əsrin ən yaxşı filmi bəlli oldu

2018-ci ildə "Rolling Stone" jurnalı da 21-ci əsrin ən yaxşı 50 filminin siyahısını tərtib etmişdi. Həmin vaxt siyahıya "Şounun qalibləri" filmi başçılıq edirdi
Sputnik

BAKI, 22 yanvar — Sputnik. 21-ci əsrin ən yaxşı filmi elan olunub. Sputnik Azərbaycan xəbər verir ki, siyahı "Empire" jurnalında dərc olunub.

Akademik Musiqili Teatrında "İstintaq" olacaq

Nəşrin reytinqində ilk yeri Corc Millerin "Dəlisov Maks: Qəzəb yolu" filmi tutub. Ekran əsəri 2015-ci ildə lentə alınıb. Film ekşn janrda ən çox təəcübləndirən layihə kimi qiymətləndirilib.

Siyahıda ikinci yerdə 2001-ci ildə çəkilmiş "Üzüklərin hökmdarı: Üzük qardaşlığı" filmi gəlir. Piter Ceksonun quruluş verdiyi film haqqında fikirlərini söyləyən jurnalistlər filmin insanların fentezi janrına daha ciddi yanaşmasına səbəb olduğunu vurğulayıblar. İlk üçlüyü 2008-ci il istehsalı olan Kristofer Nolanın "Qara cəngavər" filmi qapayır. Qeyd olunur ki, kinematoqrafçının bu filmi 11 sentyabr hadisələrindən travma alan Amerikanı təsvir edir.

Qeyd edək ki, 2018-ci ildə "Rolling Stone" jurnalı da 21-ci əsrin ən yaxşı 50 filminin siyahısını tərtib etmişdi. Həmin vaxt siyahıya "Şounun qalibləri" filmi başçılıq edirdi.