CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlilliyi olan şəxslərlə bağlı təlimat təsdiq olundu

Təlimat DİM tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarında əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin iştirakının təmin edilməsi məqsədilə əlverişli şəraitin yaradılması ilə bağlı məsələləri tənzimləyir
Sputnik

BAKI, 22 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası tərəfindən buraxılış və qəbul imtahanlarında əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin iştirakının təmin edilməsi məqsədilə əlverişli şəraitin yaradılmasına dair təlimat təsdiq edilib. Sputnik Azərbaycan DİM-in məlumatına istinadla xəbər verir ki, təlimatda əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin kateqoriyaları, istifadə olunan əsas anlayışlar, imtahanda ayrı-ayrı kateqoriyalardan olan namizədlərin iştirakının təmin edilməsi məqsədilə yaradılan əlverişli şəraitin məzmunu əksini tapıb.

Təlimat DİM tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarında əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin iştirakının təmin edilməsi məqsədilə əlverişli şəraitin yaradılması ilə bağlı məsələləri tənzimləyir.

Təlimatda imtahanda iştirak edən, əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin kateqoriyaları, istifadə olunan əsas anlayışlar, imtahanda ayrı-ayrı kateqoriyalardan olan əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin iştirakının təmin edilməsi məqsədilə yaradılan əlverişli şəraitin məzmunu və digər məsələlər əksini tapıb. Təlimatla buradan tanış ola bilərsiniz.