İQTİSADİYYAT

BP-nin "Azəri-Çıraq-Günəşli" bloku ilə bağlı yeni planı var

Robert Dadli BP-nin öz fəaliyyətində ətraf mühitin qorunmasına daha böyük əhəmiyyət verəcəyini deyib
Sputnik

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

BP-nin "Azəri-Çıraq-Günəşli" bloku ilə bağlı yeni planı var

Sputnik Azərbaycan bildirir ki, görüşdə TANAP layihəsinin artıq istifadəyə verildiyi, TAP-ın isə bu ilin axırınadək hazır olacağı qeyd edilib. Söhbət zamanı "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb. Prezident İlham Əliyev bunun çox mühüm layihə olduğunu bildirib.

Dövlətimizin başçısı bu ilin fevralında Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlər səviyyəsində görüşünün keçiriləcəyini qeyd edib. Robert Dadli BP-nin öz fəaliyyətində ətraf mühitin qorunmasına daha böyük əhəmiyyət verəcəyini deyib.