BAKI, 22 yanvar — Sputnik. Bu gün bəzi elektron KİV-lərdə İranın Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarının fəaliyyətə başlaması barədə informasiya yayılıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibiliyindən Sputnik Azərbaycan-a bildirilib ki, yazıda qeyd olunanlar həqiqəti əks etdirmir.
"İran Dəmir Yolları İdarəsindən yerli mətbuata verilən məlumatda da qeyd olunur ki, İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib. Təbriz-Culfa gündəlik turist qatarı İran daxilində fəaliyyət göstərəcək. İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib".