BAKI, 22 yanvar — Sputnik. Bu gün Suraxanı rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq.
Sputnik Azərbaycan Azərsu ASC-nin məlumatına istinadla xəbər verir ki, hazırda magistral kəmərlərdə təmir-bərpa işləri aparılır. Bununla əlaqədar 22 yanvar 2020-ci il tarixində gün ərzində Suraxanı rayonu Hövsan kəndi, Bahar və Qum adası yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.