Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 22 yanvar — Sputnik. "Seçkilər hər bir ölkədə keçirilən normal prosesdir. Avropa İttifaqı olaraq biz Azərbaycanda növbədənkənar parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini gözləyirik". Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.
O vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın seçkiləri müşahidə etməsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurasından müşahidəçiləri dəvət etməsini alqışlayır: "Bu missiyaların bir qismi artıq Azərbaycandadır. Yaxın zamanlarda müşahidə missiyasının digər üzvləri də Azərbaycana gələcəklər. Hesab edirəm ki, biz həmişə olduğu kimi tərəfdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik".