FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qorxunc, lakin gözəl: tərk edilmiş yerlərin məftunedici cazibəsi

Sputnik

Dünyada elə yerlər və obyektlər var ki, onlar hansısa səbəbdən tərk edilib və yaxud unudulub. Bəzisində təbii fəlakətlər öz rolunu oynayaraq binaları yararsız hala salıb, bəzi obyektlər rentabelli olmadıqları üçün tərk edilib, ya da həyat üçün təhlükəli radiasiyaya məruz qaldıqları üçün.

Belə tərk edilmiş yerlər həmişə insanlarda maraq oyadıb. Son zamanlar hətta tərk edilmiş yerlərin tədqiqatçıları buralarda bütöv bir subkultura arayışına çıxırlar. Onlar fotoaparat və fənərlərlə silahlanaraq bütün dünyanı gəzib unudulmuş belə obyektlərdə maraqlı əşyalar axtarırlar. Bəzən bu axtarışlar müxtəlif macəralarla müşayiət edilir. Çünki tez-tez bu cür binalar vəhşi heyvanlar, sahibsiz itlər və bəzən evsiz sakinlərin sığınacağına çevrilir.

Sputnik, dünyanın dörd bir tərəfində tərk edilmiş, səssizliyi və gözəlliyi ilə diqqəti cəlb edən bu viranələrin fotolarından ibarət fotolenti təqdim edir.

1 / 12
Tver vilayətindəki hərbi hissələrdən birində atılmış təyyarə dayanacağı.
2 / 12
Polşada atılmış qəsr.
3 / 12
Orlov vilayətində atılmış kilsə.
4 / 12
Norveç və İsveç sərhədində Bastnas maşın "qəbiristanlığı".
5 / 12
Murmansk vilayətindəki yarım tərk edilmiş Dalniye Zelentsi qəsəbəsi.
6 / 12
Latviyada ruhların olduğu atılmış kilsə.
7 / 12
Abxaziyada atılmış musiqi məktəbi.
8 / 12
Polşada atılmış qəsr.
9 / 12
Murmansk vilayətində köhnə Teriberke limanı.
10 / 12
Bolqarıstandakı Buzlucada tərk edilmiş monument.
11 / 12
Norveçdə tərk edilmiş avtobus.
12 / 12
Ukraynadakı Pripyatidə atılmış atraksion parkı.