SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK keçmiş deputatın namizədliyini qeydə almadı

16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, sabiq millət vəkili Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK keçmiş deputatın namizədliyini qeydə almadı

O deyib ki, G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib: “G.Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib”.

MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, sabiq millət vəkili Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub. DSK-dan verilən rəsmi cavabda bildirilib ki, G.Əhmədovanın təqdim etdiyi imzalardan, təxminən, 160-ı şübhəli olduğundan MSK-da xətşünaslıq ekspertizası keçirilməlidir. Ona görə də tələb olunan imzaların sayı az olduğundan Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub.