Azərbaycan Mərkəzi Bankında (AMB) yeni kadr təyinatları olub. Əli İsmayıl oğlu Əhədov və Toğrul Nəcəfəli oğlu Əliyev 2020-ci ilin yanvar ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin ediliblər. Beləliklə AMB-də baş direktorların sayı 6-ya çatdırılıb.
İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv olunması ilə bu sahəyə nəzəratdəki təkrarçılıq aradan qaldırıldı: “Bu, idarəetmə sistemində operativlik və optimallaşmaya gətirib çıxaracaq. Düşünürəm ki, idarəetmədə reallaşdırılan dəyişikliklərin nəticəsini bu il ərzində görəcəyik”.
Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz