BAKI, 21 yanvar — Sputnik. Çin ərazisində yayılan koronovirusun mənşəyi tədqiq olunmalıdır. Bu təhlükənin təbii və ya insan tərəfindən yaradıldığını anlamaq lazımdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı və Rusiyanın sabiq baş sanitarı Qennadiy Onişenko bildirib.
O qeyd edib ki, dünya doğrudan da "yeni təhlükənin astanasındadır". Onişenko vurğulayıb ki, Çin sədri Si Cin Pin artıq "yerli regional strukturları sərt şəkildə tənqid edib", bu isə o anlama gəlir ki, problem "olduqca ciddidir": "Bu təhdidin təbii və ya bizim 1965-ci ildən bildiyimiz koronovirusun məqsədli şəkildə mutasiya edilmiş formasının olduğunu aydınlaşdırmaq lazımdır. Biz bu virusu həmin vaxtdan tanıyırıq. Hazırda o insan sağlamlığı üçün olduqca təhlükəlidir".
Bu arada Rusiya Səhiyyə nazirinin müavini Sergey Kraevoqo isə bəyan edib ki, Çin ərazisində yayılan yeni koronovirus Rusiya əhalisi üçün bioloji təhdiddir.