RUSİYA

Rusiyada ondan çox adam yanaraq öldü

Regionun hüquq mühafizə orqanlarının məlumatlarına görə, bina yataqxana olub. Orada "Qrinvud" MMC-nin 12 işçisi işləyib
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Rusiyanın Tomsk vilayətində birmərtəbəli taxta binada baş verən yanğın nəticəsində 11 nəfər ölüb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə vilayətin Asinov rayonu Priçulımsk qəsəbəsində baş verib.

Məlumata əsasən, yanğın barədə məlumat yerli vaxtla 04:05-də (Bakı vaxtı ilə 01:05) daxil olub. Yanğın 208 kvadrat metr ərazini əhatə edib. Yanğının söndürülməsinə 19 yanğınsöndürən və 6 ədəd texnika cəlb olunub.

Yanğını yerli vaxtla 06:35-də (Bakı vaxtı ilə 03:35) söndürmək mümkün olub. Bundan sonra yanğın nəticəsində ölən şəxslərin cəsədləri aşkarlanıb. Binada qalan üç nəfər binadan çıxa bilib.

Regionun hüquq mühafizə orqanlarının məlumatlarına görə, bina yataqxana olub. Orada "Qrinvud" MMC-nin 12 işçisi işləyib. Onların hamısı Özbəkistan vətəndaşları olub.