BAKI, 21 yanvar — Sputnik. Xırdalan ETSİ-nin (Enerji Təchizatı və Satışı İdarələri) xidməti ərazisi olan 28 May qəsəbəsinə elektrik verilişində fasilələr yaranacaq. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fasilələr xətlərdə aparılacaq yenidənqurma işləri ilə əlaqədar olacaq. Bildirilib ki, bununla əlaqədar olaraq 21 yanvar 2020-ci il tarixində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.