Ağdam rayonu Mirəşelli kənd sakini Həmzə Ağayev və ailəsi güllə səslərinə çoxdan öyrəşib, belə ki, onların evi cəbhə xəttinin yaxınlığında yerləşir. Atəşkəs rejiminə baxmayaraq, onun pozulması ailənin gündəlik həyatının bir hissəsinə çevrilib.
Ailə başçısı Həmzə Ağayev isə Sputnik Azərbaycan-a müsahibəsində 20 Yanvar gecəsini xatırlayıb. Onun ilk fikri, evdə yatan uşaqları qorumaq və güllələrin onları qorxuda biləcəyi olub.
Bütün atışmalara baxmayaraq, Həmzə kişi torpağını, evini, Vətənini qoyub getmək haqqında düşünmür belə.
“Qorxaq olsaydıq, burada qalmazdıq. Əvvəldən burada olmuşam, heç yerə getməmişəm, heç getməyəcəyəm də”, - deyə o bizimlə bölüşüb.
Onun xatirələrini isə videomuzda izləyin.