RUSİYA

Çayka da belə getdi

Xatırladaq ki, yanvarın 16-ı Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş Nazir vəzifəsinə təsdiqlənməsi barədə Sərəncam imzalayıb
Sputnik

BAKI, 20 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkənin Baş Prokuroru Yuri Çaykanın yerinə İstintaq Komitəsini müavini İqor Kasanovun namizədliyini irəli sürüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən Yuri Çayka başqa vəzifə veriləcək.

Qeyd edək ki, Çayka 2006-cı ildən bəri Rusiyanın Baş prokuroru olub.

Xatırladaq ki, yanvarın 16-ı Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş Nazir vəzifəsinə təsdiqlənməsi barədə Sərəncam imzalayıb.

Elə həmin gün Rusiya Dövlət Duması ölkə prezidentinə Mixail Mişustinin Rusiya Baş Naziri təyin olunmasına razılıq verib. Mişustinin namizədliyinin lehinə 383 deputat (85,1%) səs verib, onun əleyhinə isə heç bir deputat səs verməyib. 41 deputat isə səsvermədə bitərəf qalıb. Ümumilikdə Dövlət Dumasında keçirilən səsvermədə 424 (94,2%) deputat iştirak edib.