CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təcili yardım maşınları, yoxsa "avtoş"lar - Bakı-Quba yolunda film kimi qəza

Bakı-Quba yolunda 5 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 6 səhiyyə işçisi xəsarət alıb.
Sputnik

BAKI, 20 yanvar - Sputnik. Bakı-Quba yolunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.

“Report”un məlunatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Xəstə çağırışına gedən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə çağırılan növbəti Təcili Tibbi Yardım avtomobili isə qarşıdan gələn “Mercedes” markalı minik maşını ilə toqquşub.

3-ü təcili tibbi yardım maşını olmaqla, 5 avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılar - 1974-cü il təvəllüdlü Qaflanov Kazım Arif oğlu (həkim), 1969-cu il təvəllüdlü Ələkbərova Fəridə Nuru qızı (tibb bacısı), 1993-cü il təvəllüdlü Məzərli Vüsal Ağarza oğlu (sərnişin), 1987-ci il təvəllüdlü Tağıyeva Nuranə İnqilab qızı (tibb bacısı), 1986-cı il təvəllüdlü Seyfullayeva Leyla Qəməd qızı (tibb bacısı), 1973-cü il təvəllüdlü Aslanov Vüqar Fərman oğlu (təcili yardımın sürücüsü) və 1959-cu il təvəllüdlü Vəliyev Nazim Araz oğludur (həkim).