RUSİYA

Dövlət Dumasının spikeri İrana gedir

Abbas Musavi eyni zamanda qeyd edib ki, Vyaçeslav Volodinin Tehrana səfərinin dəqiq vaxtı açıqlanmayıb.
Sputnik

BAKI, 20 yanvar — Sputnik. “Vyaçeslav Volodin gələn həftə İrana səfər edəcək”. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi bildirib.

"Gələn həftə Rusiya Dövlət Dumasının spikeri İranın rəsmi şəxsləri ilə məsləhətləşmələr üçün İrana səfər edəcək", - deyə Musavi brifinqdə bildirib.

Musavi eyni zamanda qeyd edib ki, Volodinin Tehrana səfərinin dəqiq vaxtı açıqlanmayıb: "O, İran parlamentinin spikeri ilə danışıqlar aparacaq, iki ölkə arasında parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi yolları müzakirə olunacaq".