Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Mehriban Əliyeva: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub"
Sputnik

BAKI, 20 yanvar - Sputnik. "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub. 30 il bundan əvvəl xalqımızın qəhrəman oğul və qızları azadlıq və Vətənimizin istiqlaliyyəti uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Ümumxalq Hüzn Günündə 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Instagram" səhifəsində yer alıb.