CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toydan qayıdan ailə qəzaya düşüb, beş nəfər xəsarət alıb

E.Cəfərov və onun ailə üzvləri Cəfərova Aygün, Cəfərova Xanım, 13 yaşlı Cəfərov Fərid Elxan oğlu və 11 yaşlı Cəfərov Elton Elşən oğlu ağır xəsarətlər alıb. 
Sputnik

BAKI, 19 yanvar — Sputnik. Toy məclisindən evə qayıdan ailə qəzaya uğrayıb.

APA xəbər verir ki, hadisə rayonun Şirinbəy kəndi ərazisində qeydə alınıb.

Belə ki, Cəfərov Elxan idarə etdiyi Vaz 2107 markalı avtomobillə hərəkət edərkən idarə etməni itirib. Avtomobil aşıb. Qəza nəticəsində sürücü E.Cəfərov və onun ailə üzvləri Cəfərova Aygün, Cəfərova Xanım, 13 yaşlı Cəfərov Fərid Elxan oğlu və 11 yaşlı Cəfərov Elton Elşən oğlu ağır xəsarətlər alıb.