CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Professor Azərbaycan dilinin təbliği haqqında: arzuolunan səviyyədə deyil

Filologiya elmləri doktoru Qulu Məhərrəmli deyir ki, dilimizi öyrənmək istəyən insanlar üçün vəsaitlərin hazırlanması vacibdir
Sputnik

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilini öyrənən xarici vətəndaşlar üçün tədris vəsaitləri hazırlanacaq.

Filologiya elmləri doktoru Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan dili ilə bağlı bu işlərin görülməsi çox ciddi məsələdir:

“Dilimizi öyrənmək istəyən insanlar üçün vəsaitlərin hazırlanması vacibdir. Bu sahədə ayrıca dərsliklər, danışıq kitablarının hazırlanması, həmçinin Azərbaycan dilinin elektron bazasının yaradılması təmin edilməlidir. Dərsliklərin hazırlanması istiqamətində bəzi addımlar atılıb. Ancaq Azərbaycan dilinin təbliği bu gün arzuolunan səviyyədə deyil”.