CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhidlərin xatirəsini qeyd etmək istəyənlər bu məlumatı oxumalıdırlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 20 Yanvarda Bakıda gün ərzində gözlənilən hava şəraiti barədə məlumat yayıb
Sputnik

BAKI, 19 yanvar — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yanvarın 20-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Departamentdən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanvarın 20-də saat 08:00-12:00 radələrində bəzi yerlərdə gözlənilən çiskinli az yağışın tədricən kəsiləcəyi, zəif duman olacağı ehtimal olunur.

Şimal-qərb küləyinin sürəti 7-12 m/s, arabir 15 m/s, havanın temperaturu 4-6 dərəcə isti olacaq.

Saat 12:00-15:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin sürəti 5-10 m/s, arabir 12 m/s, havanın temperaturu 6-8 dərəcə isti olacaq.

Saat 15:00-18:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin sürəti 3-8 m/s, arabir 10-12 m/s, havanın temperaturu 5 dərəcə isti olacaq.