RUSİYA

On gün musiqiyə dözənlər qətlin üstünü açdılar

Sportivnaya küçəsində yerləşən mənzilə girən polislər və FHN əməkdaşları sinəsində kəsilmiş-deşilmiş yaralar və çürümə izləri olan kişi meyiti aşkar ediblər
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Rusiyanın Yeni Moskva ərazisindəki Şerbinka dairəsində sakinlər on gün ərzində qonşularının heç susmayan musiqisindən bezərək polisə şikayət ediblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, ünvana gedən polislər orada kişi meyiti aşkarlayıblar.

Qonşular polisə yanvarın 16-da müraciət ediblər. Sportivnaya küçəsində yerləşən mənzilə girən polislər və FHN əməkdaşları sinəsində kəsilmiş-deşilmiş yaralar və çürümə izləri olan kişi meyiti aşkar ediblər.

Az keçmədən 1960-cı il təvəllüdlü ev sahibini öldürən şəxs də tutulub. Polisdən bildirilib ki, 1981-ci il təvəllüdlü kişi yanvarın 7-də ev sahibi ilə münaqişə zəminində ona çoxsaylı bıçaq zərbələri endirərək qaçıb. Ona qarşı RF Cinayət Məcəlləsinin 105-ci - "qətl" - maddəsilə cinayət işi qaldırılıb.