İQTİSADİYYAT

Florian Zenqstşmid turizm sahəsindən gözləntilərini açıqladı

Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid deyir ki, Türizm Bürosunun xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması nəzərdə tutulur
Sputnik

"Azərbaycan Türizm Bürosu olaraq çalışırıq ki, vizanın əldə olunması üçün çətinliklərin daha da azaldılmasına nail olaq. Biz çalışacağıq ki, turistlər daha çox ölkə ilə vizanı rahat ala bilsinlər". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid ölkəmizin 2019-cu ildəki turizm nəticələri haqqında danışarkən deyib.

O bildirib ki, 2019-cu ildə Azərbaycanda turizm sahəsində rekord nəticə əldə edilib. Ötən il Azərbaycana 3,2 milyon nəfər turist səfər edib: “Turizm sahəsində artım 11,4 faiz olub. Artım Avropa ölkələri ilə müqayisədə xüsusilə çox olub. Asiya bazarı üzrə isə daha aşağı artım müşahidə edilib. Bu, o deməkdir ki, biz artıq öz marketinq strategiyamızda yeni yollar müəyyən etməliyik. Başa düşməliyik ki, turistlər daha etibarlı kommersiya qurumlarına ehtiyac duyurlar. Bu il turizm sahəsində təxminən 10 faiz artım gözlənilir. Daxili şərait nəzər alınsa, bu, çox yaxşı artımdır. Cari ildə Türizm Bürosunun xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması nəzərdə tutulur. Bu ilin birinci rübündə Ukrayna, Qazaxıstan, Cənubi Koreya və Yaponiyada yeni nümayəndəliklər açılacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə görülmüş bütün işlər, o cümlədən beynəlxalq arenadakı mövqelərimiz, bir çox ölkələrlə dostluq münasibətlərimizin qurulması, ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq - bütün bunların turizmin inkişafına böyük təkan verdiyini bildirib.

Florian Zenqstşmidin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz