HADİSƏ

Bakıda qaynana kürəkəni döyərək xəstəxanalıq edib

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi və qarnın küt travması diaqnozu qoyulub.
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Bakıda döyülmə hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakıxanov qəsəbəsində Zülfü Əliyev qaynanası tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi və qarnın küt travması diaqnozu qoyulub.